Rank: 18
Channel Type: Entertainment
“Kəpəz Müstəqil Teleradio Şirkəti” 1993-cü ildə yaradılıb və Gəncə şəhərində 46-cı kanalla yayımlanıb. 2008-ci ilin iyunun 4-də Kəpəz TV-də yeni dövr başlanıb. Təşkilati-hüquqi forması dəyişdirilən televiziyaya yeni kadrlar cəlb olundu- yeni verilişlər hazırlandı. Bu gün “Kəpəz”in efirində cəmiyyətdə aktuallığını saxlayan mövzularla yanaşı- mədəniyyət və tariximizlə bağlı maarifləndirici xarakterli verilişlər də yayımlanır. Hazırda 24 saat efirdə olmaqla telekanalda 20-dən artıq veriliş yayımlanır. 2009-cu ilin 4 iyun tarixindən etibarən telekanalın www.kepeztv.az saytı da istifadəyə verilib ki- izləyicilər həmin vebsayta daxil olaraq ölkədə və regionda baş verən ən son xəbərləri- istədikləri verilişləri izləyə bilərlər… Kəpəz MTRŞ MMC-də daha bir yenilik isə 93.3 MHz tezliyində Kəpəz FM-in istifadəyə verilməsi oldu. 2013-cü ilin fevral ayından yayımına başlayan regionun ilk radiosu bu gün kifayət qədər dinləyici auditoriyasına malikdir. Əlaqə telefonu: +994 55 225 96 15
Videos:
The request cannot be completed because you have exceeded your quota.